Ərdoğan: "Türkiyə Qəzza zolağında problemin həllinin qarantı olmağa hazırdır"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzza zolağındakı böhranın həllində qarant ölkə kimi çıxış etməyə hazır olduğunu təsdiqləyib.



Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

"Prezident Ərdoğan qeyd edib ki, Türkiyə qarant rolunu öz üzərinə götürərək problemin həlli prosesinə töhfə verməyə hazırdır. İslam dünyası vahid mövqe nümayiş etdirməli və İsrailə təzyiqləri artırmalıdır”, – Türkiyə prezident administrasiyasının bəyanatında deyilir.

Dəqiqləşdirilir ki, İƏT sammiti çərçivəsində Daşkənddə İran prezidenti İbrahim Rəisi ilə görüş zamanı Ərdoğan da deyib ki, İslam dünyası vahid mövqe tutmalı və İsrailə təzyiq göstərməlidir.

Türkiyə prezidenti həmçinin noyabrın 15-də İstanbulda Qəzza zolağındakı vəziyyətlə bağlı beynəlxalq görüşün planlaşdırıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu