Çin və ABŞ Pelosinin Tayvana səfəri ilə kəsilən hərbi dialoqu bərpa edib


ABŞ və Çin Nümayəndələr Palatasının o vaxtkı spikeri Nensi Pelosinin 2022-ci ildə Tayvana səfərindən sonra kəsilən hərbi dialoqu yenidən bərpa edəcək.



Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, ABŞ Prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinping Müdafiə Siyasəti Koordinasiya Danışıqları və Hərbi Dəniz Məsləhətləşmə Sazişi danışıqlarının yenidən başlaması barədə razılığa gəliblər.

İki ölkənin orduları arasında yüksək səviyyəli rabitənin bərabərlik və qarşılıqlı hörmət əsasında davam etdiriləcəyi, dialoq mexanizmləri ilə yanaşı cəbhə komandirləri arasında telefon danışıqlarının da aparılacağı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu