İrəvan Universitetində partlayış baş verib

İrəvan Dövlət Universitetinin Kimya fakültəsinin binasında partlayış baş verib.
Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə yerində olduğu bildirilib.
Polisin verdiyi məlumata görə, ölən və ya yaralananlar barədə onlarda məlumat yoxdur. Tələbələr və müəllimlər binadan təxliyə edilib.