Azərbaycan səfiri Paris merinə cavab verib: "Sülhün yolu həqiqətdən keçir"
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris meri Ann İdalqoya açıq məktubla cavab verib.
AFN.[sup]az xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb.
“Alovu qızışdırmağa ehtiyac yoxdur, sülhün yolu həqiqətdən keçir. “Paris meri xanım Ann Hidalqo bu yaxınlarda “Azərbaycandakı erməni məhbusları” azad etməyə çağırıb. Səfir və Azərbaycan vətəndaşı kimi mən özümü Paris merinin bu müraciətinə münasibət bildirməyi özümə borc bilirəm, çünki o, yanlış məlumatlara əsaslanır və bu mifləri saxlayan marjinal və radikal qüvvələrin maraqlarına xidmət edir. Sülhə nail olmaq heç də asan iş deyil, çünki sülh həqiqəti söyləməyi tələb edir. Tarix bizə öyrədir ki, dayanıqlı sülh yalanlara son qoymaq deməkdir. Həqiqəti söyləmək üçün isə ilk növbədə başqalarını düşmən kimi təqdim etməmək lazımdır”. ”, - Leyla Abdullayeva yazıb.