Hindistanda tunelin çökməsi nəticəsində qapalı qalan işçilərin xilas edilməsi cəhdləri dayandırılıb


Hindistanın Uttarakhand əyalətində yol işləri zamanı tikilməkdə olan tunelin bir hissəsinin çökməsi nəticəsində qapalı qalan 40 işçinin xilasetmə işləri qazma maşınlarının zədələnməsi nəticəsində 7-ci gündə yarımçıq qalıb.



İş zamanı tunelin içindən gələn çatlama səsi səbəbindən qazma maşınının xarab olduğunu müəyyən edən səlahiyyətlilər xilasetmə işlərini dayandırıb.

Səlahiyyətlilər işin qaldıqları yerdən davam etməsi üçün bölgəyə yeni maşınların gəlməsini gözlədiklərini bildirib.

Fəlakət idarəsinin rəsmisi Devendra Patval, dağıntıların təmizlənməsi səylərinin indiyə qədər 24 metr irəlilədiyini söyləyib. Patval işçilərin təxminən 60 metr dərinlikdə olduğunu təxmin edib.

Xatırladaq ki, Hindistanda tikilməkdə olan tunelin bir hissəsi noyabrın 12-də yol işləri zamanı uçub.

Səlahiyyətlilər ən azı 40 işçinin dağıntılar altında qaldığını, işçilərə oksigen və qidanın boru vasitəsilə çatdırıldığını bildirib. Dağıntılar altında olan işçilərin bəzilərinin səhhətində problemlər yarandığı da bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu