Hindistanda tuneldə qapalı qalan işçilərə video zəng edilib


Noyabrın 12-də Hindistanın Uttarakhand əyalətində tikilməkdə olan tunelin çökməsi nəticəsində qapalı qalan işçilərlə xilasetmə işlərinin 10-cu günündə video zəng edilib və vəziyyətlərinin yaxşı olduğu bildirilib.



Ştat Baş Naziri Sinq xilasetmə işləri boyunca qida, su və oksigen üçün istifadə edilən böyük diametrli polad borular vasitəsilə endoskopik kamera sistemi qurduqlarını söyləyib. Sinq xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Yerli media qapalı qalan işçilərin sayının 41 olduğunu bildirərkən, Hindistan xilasetmə qrupları xilasetmə işləri çərçivəsində başqa bir bölgədən qazma işlərinə başladıqlarını bildiriblər.

Səlahiyyətlilərin cümə günü verdiyi açıqlamada, bölgəyə gətirilən yeni qazma maşınının işçilərin təhlükəsiz şəkildə çıxarılmasına kömək edəcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu