BMT-nin baş katibi Qəzzada dinc əhali arasındakı itkilərdən danışıb


BMT-nin baş katibi Antonio Quterreş Qəzzada dinc əhali arasında itkilərin sayını heyrətamiz və qəbuledilməz adlandırıb.


Bu barədə TASS məlumat yayıb.

Baş katib BMT-nin Yaxın Şərqdə fələstinli qaçqınlara köməklik göstərən agentliyi tərəfindən idarə olunan iki məktəbə edilən hücumlardan dərin sarsıldığını bildirib və təcili humanitar atəşkəsə çağırıb. O xatırladıb ki, onlarla qadın və uşaq BMT binalarına sığınmaq istəyərkən öldürülüb.

Eyni zamanda, Quterreş Fələstin-İsrail münaqişəsinin həllində vasitəçilik səylərinə görə Qətərə minnətdarlığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu