Britaniya parlamentində Qəzza ilə bağlı oturaq etiraz aksiyası keçirilib


Fələstin Həmrəyliyi Kampaniyası (PSC) üzvləri Britaniya parlamentində oturaq etiraz aksiyası keçirərkən Qəzza zolağında daimi atəşkəsə çağırıblar.

İsrailin Qəzza zolağına hücumları oktyabrın 7-dən bu yana davam edərkən, Fələstin Həmrəyliyi Kampaniyası (PSC) üzvləri İngiltərənin paytaxtı Londonda parlamentdə oturaq etiraz aksiyası təşkil ediblər.

İsrail ilə Fələstin arasında sabah başlayacaq 4 günlük "humanitar pauza"nın kifayət etmədiyini bildirən nümayişçilər, daimi atəşkəs və Qəzza zolağında blokadanın qaldırılmasını istəyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu