Çində sirli pnevmoniya halları yayılır


Çində mövsümi tənəffüs xəstəlikləri ilə yanaşı, bakteriyaların törətdiyi düşünülən, lakin hələ də diaqnozu qoyulmayan müəmmalı pnevmoniya halları uşaqlar arasında yayılmaqdadır.


Noyabrın 21-də Beynəlxalq Yoluxucu Xəstəliklər Cəmiyyətinin (ISID) xəstəlik məlumat şəbəkəsi ProMed-də paylaşılan məlumat qeydində, paytaxt Pekində və şimaldakı Liaonin əyalətindəki uşaq xəstəxanalarında "diaqnoz qoyulmamış" pnevmoniyaya bənzər hallara görə çox sıxlığın olduğu bildirilib.

Tayvan mərkəzli FTV televiziyasının mövzu ilə bağlı xəbərlərindən təfərrüatların yer aldığı qeyddə Pekin Uşaq Xəstəxanasına çoxlu xəstənin müraciət etdiyi və bir vətəndaşın "Xəstəxanada çoxlu uşaq müalicə altındadır. Öskürək yoxdur. onlarda pnevmoniya əlaməti yoxdur, lakin yüksək hərarət və tənəffüs yollarında iltihab var” - deməsindən sitat gətirilib.

Dr. Stephan Gibson ProMed şəbəkəsində paylaşdığı mesajında ​​bakterial tənəffüs yolları infeksiyası olan "mikoplazma pnevmoniyasının" ən az iki aydır ölkə daxilində yayıldığına diqqət çəkib və öskürəyin xəstəliyin əsas əlaməti olduğunu bildirib, lakin uşaqlarda öskürək yerinə yuxarı tənəffüs yollarının simptomları, ürəkbulanma və qusma müşahidə edilə bilər.

Digər tərəfdən Gibson, mikoplazma pnevmoniyasında tənəffüs yollarında "yanma tipli infiltratların" görüləcəyinə və bu hallarda ağciyər rentgenlərində görülən iltihab tapıntısının anomaliya təşkil etdiyinə diqqəti çəkib.

FTV televiziyasının xəbərində Pekindən təxminən 800 kilometr şərqdə yerləşən Liaoning əyalətində "vəziyyətin ciddi olduğu" və Dalian Uşaq Xəstəxanasının foyesində bir çox uşağın təcili olaraq müalicə olunmaq üçün gözlədiyi bildirilib.

Xəbərdə bəzi məktəblərdə həm müəllimlərin, həm də şagirdlərin xəstələndiyi, bəzi dərslərin dayandırılmalı olduğu, bəzi valideynlərin səlahiyyətliləri "epidemiyanı ört-basdır etməyə çalışmaqda" ittiham etdiyi bildirilir. Pekinli bir valideyn "Xəstəlik barədə məktəbə məlumat verməyə icazə verilmir. Əgər sizdə qızdırma, soyuqdəymə və öskürək əlamətləri varsa və əgər xəstəxanada müalicə olunursunuzsa, müəllimin yanına gedib icazə alırsınız, bunları valideyn qruplarında müzakirə etməyə icazə verilmir. Sanki hər şey dövlət sirridir" - deyə bildirib.

Çində Covid-19 epidemiyasının ortaya çıxması zamanı ProMed epidemiyanın aşkarlanmasında və dünyaya elan edilməsində mühüm rol oynayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gün verdiyi açıqlamada, uşaqlarda diaqnoz qoyulmamış pnevmoniya halları ilə bağlı Çindən rəsmi məlumat tələb etdiyini bildirib.

Atipik bakterial infeksiya olan mikoplazma pnevmoniyası 2015-ci ildən bütün dünyada yayıldığı halda, Covid-19 epidemiyasına qarşı görülən tədbirlərin təsiri ilə 2019-cu ildən sonra azalıb.

Bunun antibiotik dərmanlarla müalicəsi aparılan xəstəliyin yenidən yayılmasına və bakteriyaların antibiotiklərə qarşı müqavimətinin artmasına səbəb ola biləcəyi düşünülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu