Kreml Finlandiyanın Rusiya ilə sərhədi möhkəmləndirməsini əsassız adlandırıb


Rusiya-Finlandiya sərhədinin təhlükəsizliyinin Helsinki tərəfindən gücləndirilməsi haqlı deyil, çünki Moskva ona təhlükə yaratmır.



Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

“Finlandiyanı heç kim və heç nə təhdid etmir və bu hald sərhəd təhlükəsizliyini təmin etmək üçün tamamilə lazımsız tədbirdir, çünki orada heç bir təhlükə yoxdur və reallıqda gərginlik yoxdur”, - deyə o bildirib.

Peskov qeyd edib ki, Rusiya sərhədində silahlı birləşmələrin tamamilə əsassız cəmləşməsi var, çünki münaqişə yoxdur. Bununla belə, onun sözlərinə görə, bu cür hərəkətlər Rusiya üçün təhlükə yaradır və gərginliyə səbəb ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu