Pakistanda 5,5 bal gücündə zəlzələ baş verib
![](/uploads/posts/2023-12/1701702375_deprem-1475396_1-4.jpg)
Pakistanın Bəlucistan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
Pakistan Milli Seysmik Nəzarət Mərkəzindən verilən məlumata görə, Bəlucistan əyalətindən 160 kilometr cənub-qərbdə baş verən zəlzələ yerin 60 kilometr dərinliyində qeydə alınıb.
Yerli vaxtla saat 17.19-da baş verən 5,5 bal gücündə zəlzələnin can və ya mal itkisinə səbəb olub-olmadığı barədə hələlik açıqlama verilmir.