Baş nazir: Yunanıstan Aİ-yə üzvlük prosesində Türkiyəni dəstəkləyəcək


Yunanıstan Türkiyə ilə münasibətləri intensivləşdirməyə və onun Avropa İtrtifaqına (Aİ) daxil olmaq səylərini dəstəkləməyə qərar verib.


“Report” xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

“Biz Türkiyəni Aİ-yə daxil olması prosesində dəstəkləyəcəyik. Biz artıq mehriban qonşuluğa dair bəyannamə imzalamışıq”, - o deyib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının Egey dənizindəki 10 adaya 7 günlük vizasız gediş-gəlişi bərpa olunacaq: “İnanıram ki, gərgin münasibətlər sona çatıb. İki qonşu ölkə birlikdə hərəkət etməlidir. Biz gözəl gələcək yaratmalıyıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu