Hepatit-A-dan müalicə olunan şəhid övladı Kliniki Tibbi Mərkəzdə qızılcaya yoluxdurulub


“Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova səhiyyə sistemində baş verən neqativ halla bağlı məlumat paylaşıb.


AFN.az xəbər verir ki, o, hepatit diaqnozu ilə xəstəxanada müalicə alan şəhid övladının qızılcaya yoluxdurulduğunu açıqlayıb. Şəhid Rahim Tağıyevin övladı gənc qızımız Ülkər Tağızadə iki həftə əvvəl Hepatit A diaqnozu ilə Mingəçevirdən Bakıda yerləşən Kliniki Tibbi Mərkəzin infeksion xəstələr şöbəsinə yerləşdirilib. Lakin ən böyük dərd bundan sonra başlayıb. Övladımız Hepatit A xəstəliyindən sağalsa da, evə qızılca xəstəliyi ilə birgə gedibmiş".
S.Orucovanın sözlərinə görə, adıçəkilən xəstəxananın yalnız bir mərtəbəsi hər cür infeksion xəstələrlə doludur: "Birindən sağalsan da, digərini klinikada yoluxursan. Övladımız klinikadan evə yazılan gündən qızılca xəstəliyi ilə mübarizə aparır və ən pisi odur ku, evdə yenicə ağır tibbi əməliyyatdan çıxmış qardaşı var. Onu necə müdafiə edəcəyimizi bilmirik…
Şəhid xanımı nə etməli?? Bu necə səhiyyə sistemidir? Bu millətin qəsdinə durmusuz TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sizdən açıqlama gözləyirik! Səhiyyə sistemi sağaltmalıdır, insanlarımızın sağlamlığı ilə oynamalı deyil!"

Qarşı tərəfin mövqeyini verməyə hazırıq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu