ABŞ-da səhiyyə qalmaqalı: 450 nəfər hepatit və HİV-ə yoluxmuş ola bilər
ABŞ-da müalicə alan təxminən 450 xəstə venadaxili dərmanların düzgün tətbiq edilməməsi səbəbindən hepatit və HİV-ə məruz qalmış ola bilər. Mümkün məruz qalma birdəfəlik avadanlığın təkrar istifadəsi nəticəsində yaranır.
Belə bir iddia ABŞ-ın Massaçusets əyalətindəki Salem Xəstəxanası ilə bağlı gündəmə gəlib.
"Bu ilin əvvəlində biz öyrəndik ki, az sayda endoskopiya xəstəsi venadaxili dərmanların düzgün qəbul edilməməsi səbəbindən infeksiyaya məruz qala bilər", - xəstəxananın açıqlamasında deyilir.
Ucunda kiçik işıqlı kamera olan cihazın xəstənin boğazına daxil edilərək yemək borusu, mədə və bağırsaqlara baxmaq üçün istifadə edildiyi əməliyyatlara endoskopiya deyilir.
"Livescience"ə verdiyi açıqlamada xəstəxana səlahiyyətliləri, "Vəziyyət fərq edildikdən sonra tətbiq dərhal düzəldildi və xəstəxananın infeksiyaya nəzarət qruplarına məlumat verildi" - deyə bildiriblər.
Xəstəxana işçiləri dövlət səhiyyə orqanları ilə əlaqə saxlayıb və bildiriblər ki, xəstələrin hələ də yoluxduğuna dair dəqiq dəlil yoxdur.
"The Salem News" xəbər verir ki, risk altında olan xəstələr 14 iyun 2021-ci il və 19 aprel 2023-cü il tarixləri arasında müalicə olunublar.
Bu yaxınlarda Hindistanda da oxşar qalmaqal baş verib.
6-16 yaş arası 14 uşağın Aralıq dənizi anemiyasından müalicə alarkən hepatit və HİV infeksiyasına yoluxduğu öyrənilmişdi.
Lala Lajpat Rai Xəstəxanasının (LLRH) pediatriya şöbəsinin müdiri Arun Arya bildirib ki, müayinədən keçən 180 xəstədən 7-də Hepatit B, 5-də Hepatit C, 2-də İİV testi müsbət çıxıb.