ABŞ-da yeni nəsil silahlar sınaqdan keçirilib


ABŞ ordusunun mühafizəçiləri və paraşütçüləri 6,8 mm çaplı kameralı yeni nəsil atıcı silah olan "Next Generation Squad Weapon" (NGSW) silahını sınaqdan keçiriblər.


Bu barədə "Army Recognition" yazır.

Qeyd olunur ki, hərbçilər Kentukki ştatındakı Fort Kempbell bazasında NGSW-R tüfənglərini, NGSW-AR avtomatik tüfənglərini, həmçinin NGSW-FC atəşə nəzarət sistemlərini sınaqdan keçiriblər. Sınaq çərçivəsində əsgərlər yeni silahın əməliyyat xüsusiyyətlərini NGSW tüfəngləri ilə əvəzlənəcək M4A1 karabinləri və M249 pulemyotları ilə müqayisə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu