İranda din xadimini öldürməkdə təqsirləndirilən şəxs edam edilib


İranın Mazandaran əyalətində din xadimi Ayətullah Abbas Əli Süleymanini öldürən şəxs edam edilib.


İranın rəsmi xəbər agentliyi İRNA mövzu ilə bağlı Mazandaran Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr İdarəsinin bəyanatını dərc edib.

Açıqlamada, Süleymanini öldürən şəxsin səhər saatlarında Babul həbsxanasında edam edildiyi qeyd edilib.

Aprelin 26-da Mazandaran əyalətinin Babulsar şəhərində getdiyi bankın mühafizəçisi tərəfindən açılan atəş nəticəsində Süleymani ağır yaralanıb və dünyasını dəyişib.

İnqilab Məhkəməsində mühakimə olunan adı açıqlanmayan hücumçuya mayın 12-də ölüm hökmü çıxarılıb və qərar Ali Məhkəmə tərəfindən təsdiqlənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu