Bakıda “Qastroenterologiya və hepatologiya sahəsində müasir klinik tövsiyələr” adlı konfrans keçiriləcək


Yanvarın 13-14-də Bakıda “Bayraktar Group” sağlamlıq turizm şirkəti tərəfindən “Qastroenterologiya və hepatologiya sahəsində müasir klinik tövsiyələr” adlı elmi praktik konfrans keçiriləcək.


Konfransın ilk günü “Four Seasons” hoteldə, ikinci günü isə “Yeni Klinika”da baş tutacaq. Təlim-konfransda Türkiyədən olan Dr. Orhan Fahri Demir tərəfindən mövzu ilə bağlı mühazirə və master-klass keçiləcək. Təlimin sonunda iştirakçılara akkreditasiya balını (13 bal) müəyyən edən sertifikat təqdim olunacaq.

Qeyd edək ki, Türkiyə hökumətinin dəstəyi ilə yaradılmış “Bayraktar Group” sağlamlıq turizm şirkəti Azərbaycan vətəndaşlarının Türkiyədə müayinə, müalicə və əməliyyatlarını həyata keçirir. Eyni zamanda Türkiyədə həyata keçiriləcək əməliyyat üçün müəyyən xərclərə və vaxta qənaət etmək məqsədilə Azərbaycanda dünya standartlarının qəbul etdiyi analiz və müayinələri reallaşdırır.

Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı nömrə və email ünvanı ilə əlaqə saxlaya bilərlər: +994777447707

Elail: info@biggrouphealthtourism



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu