Türkiyə XİN başçısı Azərbaycana gəlir
![](/uploads/posts/2023-12/1702476210_hakan.jpg)
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlir.
H.Fidan dekabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.