Kiyevə 50 milyard avro yardım məsələsi Aİ sammitinə çıxarılıb


Dekabrın 14-15-də keçiriləcək Aİ sammitinin gündəliyinə Ukraynanın Avropa İttifaqına daxil olması və 2027-ci ilə qədər Kiyevə 50 milyard avro ayrılması məsələsinin müzakirəsi daxildir.


Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişelin Aİ liderlərinə məktubunda deyilir.

Sənəddə bildirilir: “Biz Ukraynaya daimi, davamlı siyasi, maliyyə və hərbi yardım göstərməliyik, xüsusən də onun uzunmüddətli sabitliyi üçün 50 milyard avro ayırmağa razı olmalıyıq”.

Mişel Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu mövzunun müzakirəsi lazımi siqnal verəcək və Kiyevi Avropa İttifaqına yaxınlaşdıracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu