Avstraliya Ukrayna əsgərləri üçün təlimləri genişləndirmək qərarına gəlib


Avstraliya “Kudu əməliyyatı” çərçivəsində İngiltərədəki Ukrayna əsgərlərinə verdiyi təlimlərin əhatəsini genişləndirəcəyini açıqlayıb.


"ABC News"un məlumatına görə, Avstraliya baş nazirinin müavini və müdafiə naziri Riçard Donald Marles verdiyi açıqlamada Böyük Britaniyanın liderliyində Ukrayna əsgərlərinin yetişdirildiyi Kudu əməliyyatına 186 milyon dollarlıq əlavə dəstək verəcəklərini bildirib.

Marles, Avstraliya Müdafiə Qüvvələrinin şəxsi heyətinin Ukrayna əsgərlərinə “kritik bacarıqlar” verdiyini söyləyib.

Avstraliyanın Ukraynaya dəstəyini artırmaqdan “qürur duyduqlarını” ifadə edən Marles, əməliyyatın genişləndirilməsi çərçivəsində Ukrayna əsgərlərinə təlim keçmək üçün İngiltərəyə əlavə personal göndəriləcəyini açıqlayıb.

Ukraynanın Avstraliya və Yeni Zelandiyadakı səfiri Vasil Myroşnıçenko mətbuata açıqlamasında Avstraliyanın qərarının ölkənin müdafiə qabiliyyətinin dəstəklənməsinə mənalı töhfə olduğunu və bunun iki ölkə arasında güclü humanitar bağ quracağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu