Avstraliya Ukraynaya 20 milyon dollar əlavə hərbi yardım edir
Avstraliya baş nazirliyi Rusiya-Ukrayna müharibəsində istifadə üçün Ukraynaya 20 milyon dollar dəyərində yerli istehsal olan hərbi texnika göndərdiklərini açıqlayıb.
Əlavə yardım paketinə Avstraliyanın müdafiə sənayesi şirkətləri olan "DroneShield", "Micro-X", "Minelab" və SPEE3D tərəfindən istehsal olunan portativ rentgen cihazları, 3D metal printerlər, pilotsuz uçuş aparatları əleyhinə sistemlər və minatəmizləmə avadanlıqları daxildir.
Bu yardımla Avstraliyanın 24 fevral 2022-ci il tarixində başlayan müharibənin başlanğıcından bu yana Ukraynaya etdiyi ümumi yardım 910 milyon dollara çatıb.
Bundan əlavə, Kral Avstraliya Hərbi Hava Qüvvələri bəyan edib ki, E-7A Vedgetail tipli təyyarə Ukraynaya humanitar və hərbi yardımın çatdırılması xəttini qorumaq üçün çoxmillətli səylər çərçivəsində 100-ə yaxın Avstraliya Müdafiə Qüvvələri personalı ilə 6 ay ərzində Almaniyaya gəlib.
Bildirilib ki, sözügedən təyyarə və Avstraliya Müdafiə Qüvvələrinin şəxsi heyəti Rusiya-Ukrayna müharibəsində iştirak etməyəcək və Rusiya, Belarus və Ukrayna hava məkanına daxil olmayacaq.