Baydenin mühafizə maşınına çırpılan avtomobil panikaya səbəb olub


ABŞ prezidenti Co Baydenin Delaver ştatında keçirilən tədbirində mühafizə maşınlarından birinə konvoydan kənardan gələn avtomobil çırpılıb və nəticədə panika yaranıb.



Ağ Evdən verilən açıqlamaya görə, qəza Bayden və həyat yoldaşı Cil Baydenin Delaverdə qatıldığı tədbir zamanı baş verib.

ABŞ prezidenti jurnalistlərə açıqlamalar verərkən karvandan kənardan gələn avtomobil Baydeni qorumaq üçün məsul olan Məxfi Xidmətə məxsus maşınlardan birinə çırpılıb.

Hadisədə qısa müddətli panika yaşansa da, Baydenin avtomobil karvanı bölgəni problemsiz tərk edib.

Gizli Xidmət hadisənin təsdüfü qəza olduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu