Küveytin yeni əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah and içdi
Küveytin keçmiş əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatından sonra ölkə başçısı olan Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah and içərək, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Küveytin rəsmi agentliyi KUNA-da dərc olunan xəbərə görə, Milli Məclisdə yeni əmir Şeyx Məşəlin andiçmə mərasimi keçirilib.