Putinin seçki qərargahına kim rəhbərlik edəcək?


Dekabrın 18-də yeni prezidentliyə namizədliyi barədə Mərkəzi Seçki Komissiyasına məlumat verən Vladimir Putinin seçki qərargahının həmsədrləri DXR parlamentinin rəhbəri, Sparta batalyonunun komandiri Artem Coqa, aktyor Vladimir Maşkov və 52 saylı Moskva Şəhər Xəstəxanasının baş həkimi Maryana Lısenko ola bilər.



Bu barədə “Kommersant” prezident administrasiyasına yaxın mənbəyə istinadən xəbər verir.

Qəzetin qeyd etdiyi kimi, hər üçü dekabrın 16-da Putinin özünün namizədliyini dəstəkləyən təşəbbüs qrupunun bir hissəsidir. Mənbənin sözlərinə görə, prezident administrasiyası qərara alıb ki, qərargahın həmsədrləri tanınmış şəxslər olmalıdır və cəmiyyətin müxtəlif təbəqələrini təmsil etsinlər.

Prezident Siyasəti Fondunun rəhbəri Mixail Vinoqradov “Kommersant”a bildirib ki, Putinin kampaniyasının həmsədrləri bir qayda olaraq təmsilçi rolunu oynayır və qərar qəbul etmirlər.

Xatırladaq ki, 2018-ci il prezident seçkilərində Vladimir Putinin qərargahının həmsədrləri İstedad və Uğur Fondunun rəhbəri Yelena Şmeleva, KAMAZ-ın baş direktoru Sergey Koqoqin və Dima Roqaçev adına Tibb Mərkəzinin rəhbəri Aleksandr Rumyantsev olublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu