Dmitri Peskov: "Ukrayna ilə danışıqlar üçün heç bir əsas yoxdur"
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın iştirakı olmadan Ukrayna üçün sülh formulunun axtarışını absurd proses adlandırıb və nəticə potensialının olmadığını qeyd edib.
Bu barədə TASS xəbər verib.
“Biz həqiqətən inanırıq ki, danışıqlar mövzusu indi aktual deyil və biz dəfələrlə təkrar etmişik ki, bu danışıqlar üçün heç bir əsas və heç bir ilkin şərt yoxdur”, - deyə Kreml nümayəndəsi bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı Rusiya Federasiyası ilə danışıqlar məsələsinin indi əhəmiyyətsiz olduğunu, lakin Kiyevin sülh formuluna malik olduğunu bildirmişdi.