Moskvanın aktivlərinin Kiyevə verilməsi Londonun reputasiyasına xələl gətirəcək - AÇIQLAMA
Dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi və onların Kiyevə verilməsi Londonun maliyyə mərkəzi kimi reputasiyasını sarsıdacaq.
Bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin TASS-a açıqlamasında bildirib.
“Prosesin özü aşağıdakı düstura əsaslanır: Beynəlxalq hüquq nöqteyi-nəzərindən tamamilə qeyri-qanuni hərəkətləri hüquqi hala gətirmək üçün yeni qanunlar hazırlamaq lazımdır. Beynəlxalq hüquq normalarını dəyişdirəcək yeni qanunların yazılması çətin məsələdir. Avropa İttifaqında da, Britaniya və Amerika hüquqşünasları da bununla məşğuldurlar. Xüsusilə də maliyyə dünyası ilə əlaqəli insanların rəylərinə görə, bu hərəkətlər nəinki qanunsuzdur, həm də Londonun bu reputasiyanı qoruyub saxlaya bilmiş maliyyə mərkəzi kimi reputasiyasına böyük zərbə vurur.”, - deyə səfir bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Britaniya parlamentinin İcmalar Palatasının Avropa əlaqələri komitəsində çıxış edərək, Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynaya verilməsini dəstəklədiyini açıqlayıb. O, bunun qanuni yolu olduğuna əminliyini ifadə edərək, fövqəladə halların fövqəladə tədbirlər tələb etdiyini bildirib.