Dövlət Dəniz və Liman Agentliyi batan qayıqla bağlı məlumat yayıb


Bu gün saat 11:10 radələrində Yaxta klubdan gəzinti məqsədilə dənizə çıxan “Delfin-2” gəmisi sualtı maneə ilə üzləşib və nəticədə qəza baş verib.


Bu barədə Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidməti məlumat yayıb.

Həmin an gəmidə üç heyət üzvü və üç nəfər sərnişin olub.

Dərhal Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin operatorları Fövqəladə Hallar Nazirliyinə və Sahil Mühafizə Xidmətinə məlumat veriblər. Gəmidə olan şəxslər xilas olunublar. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu