Pentaqonun rəhbərinin keçmiş müşaviri Zelenskini Mussolini ilə müqayisə etdi


Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Ukrayna prezidenti Vladimir Zelenskini italyan faşistlərinin lideri Benito Mussolini ilə müqayisə edib və ona korrupsionerlərin ona vura biləcəyi zərbə barədə xəbərdarlıq edib.



Bu barədə o, X sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, hətta korrupsionerlər də ehtirasların hərarətini hiss edir və ölkədəki mövcud vəziyyətə və Zelenskinin hakimiyyətinə son qoymaq istəyirlər. Makqreqor hesab edir ki, bu, onun hərbçilər arasında artan narazılığa səbəb olması ilə bağlıdır.

“Zelenski Mussolini kimi bir fiqura çevrilir. O, Ukraynada inanılmaz dərəcədə qeyri-populyar olub və onun general və zabitlərinin çoxu artıq ona nifrət edirlər”, - deyə polkovnik bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu