Müəllim 13 yaşlı şagirdi ilə cinsi əlaqədə olduğu üçün həbs edildi


ABŞ-da Texas ştatından olan müəllim 13 yaşlı yeniyetməni şirnikləndirib onunla 12 dəfə cinsi əlaqədə olduğu üçün həbs edilib.



Bu barədə Laredo Morning Times məlumat yayıb.

Webb County Liseyində işləyən 27 yaşlı Adriana Mariel Rullan dekabrın 20-də nəzarətə götürülüb. Onun barəsində istintaq noyabrın 27-də zərərçəkənin valideynləri müəllimin nalayiq davranışı barədə təhsil müəssisəsinin rəhbərliyinə məlumat verdikdən sonra başlayıb.

Qadın tələbə ilə qeyri-münasib əlaqəni inkar etsə də, onların yazışmalarından məlum olub ki, onlar avqustun 18-dən noyabrın 19-dək məktəb divarları arasında 12 dəfə cinsi əlaqədə olublar. Eyni zamanda, dindirmələr zamanı o, tələbə ilə münasibətlərinin seksual xarakter daşıdığını inkar etməkdə davam edib.

Qadın 13 yaşına çatmayan şəxsi zorlamaqda ittiham olunur. O, hazırda girov müqabilində azadlıqdadır. İstintaq davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu