Rusiya patron və giliz ixracına qoyulan qadağanın müddətini 2025-ci ilin sonuna qədər uzadıb


Rusiya hökuməti patron və gilizlərin ölkədən ixracına qoyulan qadağanı 2025-ci ilin sonuna qədər uzadıb.


Bu barədə ölkənin Nazirlər Kabinetinin Telegram-kanalında deyilir. “Rusiyada mülki və xidməti tüfəng silahları üçün patronların, eləcə də müəyyən çaplı odlu silahların patronlarının ölkədən çıxarılmasına qoyulan müvəqqəti qadağa 2025-ci il dekabrın 31-dək qüvvədə olacaq. Bu barədə sərəncam imzalanıb”, - deyə məlumatda bildirilir. Nazirlər Kabinetindən o da bildirilib ki, qərar dövlət maraqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır.

Patron və gilizlərin ixracına məhdudiyyət 2023-cü ilin may ayında “Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək üçün xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” prezidentin fərmanının icrası çərçivəsində tətbiq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu