Rusiya yük maşınlarının Avropadan girişinə qoyulan qadağanın müddətini uzadıb


Rusiya hökuməti Avropa İttifaqı, Böyük Britaniya, Norveç və Ukraynadan olan yük maşınlarının Rusiyaya girişinə qoyulan qadağanın müddətini uzadıb.



Bu barədə Rusiya Nazirlər Kabineti Telegram kanalında məlumat yayıb.

"Məhdudiyyət onun tətbiqi üçün əsas olan hallar aradan qaldırılana qədər qüvvədə qalacaq", - deyə səlahiyyətlilər açıqlama veriblər.

Bununla belə, qadağa poçt, diplomatik poçt və humanitar yardımların daşınmasına şamil edilməyəcək. Avadanlıqların və idman avtomobillərinin idman yarışlarının keçiriləcəyi ərazilərə daşınması üçün texniki dəstək maşınları üçün də istisna olacaq.

İlkin olaraq qadağa Brüsselin aprelin 8-dən Rusiyada qeydiyyatda olan yük maşınlarının ölkə ərazisinə buraxılmaması ilə bağlı qərarına cavab olaraq 2022-ci il sentyabrın sonundan ilin sonuna kimi qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu