Cənubi Koreya Rusiyaya daha 682 növ malın tədarükünü məhdudlaşdıracaq


Koreya Respublikası hökuməti Rusiya və Belarusa tədarük üçün ixrac nəzarəti siyahısına 682 növ mal əlavə edəcək.


Müvafiq məlumat Ticarət, Sənaye və Energetika Nazirliyinin saytında dərc olunub.

Dəyişikliklər inzibati prosedurlardan sonra 2024-cü ilin əvvəlindən qüvvəyə minəcək. Bundan sonra ixraca nəzarət siyahısı artaraq 1159 adda mal olacaq. Yeni qaydalar ağır tikinti texnikası, təkrar doldurulan akkumulyatorlar, təyyarə komponentləri və mühərrik həcmi 2 min kubmetrdən çox olan minik avtomobillərinə şamil ediləcək.

Əvvəllər qiyməti 50 min dollardan çox olan avtomobillərə məhdudiyyətlər qoyulurdu.

Məhdudiyyətlərin genişləndirilməsinin səbəbləri arasında bu əşyaların hərbi məqsədlər üçün istifadə edilməsinin “yüksək ehtimalı” daxildir. "Ümumi qayda siyahıdakı əşyaların ixracına qadağa qoyulması olacaq. Bununla belə, bir sıra şərtlər yerinə yetirildiyi hallarda, məsələn, bildiriş qüvvəyə minməmiş müqavilənin bağlanması kimi hallarda yoxlamalardan sonra fərdi icazələrin verilməsi planlaşdırılır" - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, aprel ayında Koreya Respublikası Rusiya və Belarusla ticarətdə ixrac nəzarətini 57-dən 798-ə qədər genişləndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu