BMT Azərbaycanda dayanıqlı inkişafa dair təlim keçirəcək


BMT-nin Azərbaycandakı Qlobal Sazişinin dəstəyi ilə "Bonega Consulting" tərəfindən Azərbaycanda Dayanıqlı İnkişaf: Əsaslar, Tətbiqlər və Standartlar mövzusunda təlim keçiriləcək.


Bu barədə AFN.az-a "Smart" hotellər qrupunun rəhbəri Ceyhun Aşurov bildirib. Onun sözlərinə görə, yanvarın 16-da və 17-də baş tutacaq təlim proqramı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının davamlı inkişaf məqsədlərinə cavab vermək üçün hökumətlər tərəfindən tətbiq edilən siyasət və standartlar, həm qlobal həm də yerli miqyasda bizneslərin və cəmiyyətin üzləşdiyi ekoloji problemlər vurğulanacaq, Azərbaycanda və dünyada dayanıqlı inkişaf tədbirlərini həyata keçirən şirkətlərin biznes nümunələri təhlil ediləcək.
"Dayanıqlı inkişaf iqtisadiyatın bütün sahələrində irəliləyir. Birləşmiş Millətlər təşkilatının COP29 illik iqlim toplantısı tədbirinin Azərbaycanda həyata keçirilmə ərəfəsində dayanıqlılıq üzrə geniş baxış bucağı, o cümlədən iqlim dəyişikliyi və onun qarşısının alınması sahəsində bilik qazanmaq istəyən hər kəs bu təlimə dəvətlidir, - deyə Ceyhun Aşurov qeyd edib.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu