Su kəsintisi artdı: Sakinlər çən almağa başlasın? – RƏSMİ AÇIQLAMA
Paytaxtın Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsinin sakinləri su kəsintilərinin tez-tez təkrarlanmasından narazıdırlar.
Bu barədə qəsəbə sakinləri müraciət ediblər.
Sakinlər bildirib ki, əvvəllər suyun kəsilməsi nadir hallarda olurdusa, son aylarda bu vəziyyət daha da intensivləşib.
Sözügedən problemlə əlaqədar Ölkə.Az-a danışan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı su kəsintisinin müvəqqəti xarakter daşıdığını söyləyib:
“Ərazidə qəza baş verib. Hadisə ilə əlaqədar suyun verilişdə fasilə yaranıb. Ərazinin su təchizatı ilə bağlı başqa problem yoxdur”.
Qurum rəsmisi suyun əraziyə bundan sonra fasilələrlə verilib-verilməyəcəyi ilə bağlı suala cavab olaraq su təminatının əvvəlki qaydada davam etdiriləcəyini deyib.