40 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı


Ötən gün saat 23 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Cabbarov Zamiq Zakir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.


DİN-dən AFN.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Əsədov Elvin Səyavuş oğlu saxlanılıb.

Cinayət hadisəsinin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu