İran prezidenti: "İsrail və ABŞ törətdikləri cinayətlərin əvəzini ağır ödəyəcəklər"


İran prezidenti İbrahim Rəisi Qəzzaya hücumlara görə İsrail və ABŞ-a reaksiya verib və "törətdikləri cinayətlərin əvəzini ağır ödəyəcəklərini" bildirib.



İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Rəisi 2020-ci ilin yanvarında İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ-ın Bağdaddakı hücumunda öldürülməsinin 4-cü ildönümü ilə əlaqədar paytaxt Tehranda keçirilən anım mərasimində çıxış edib.

Rəisi çıxışında dünən Kirmanda baş verən terror aktını xatırladıb və belə davam edib:

"Bu gün siz şəhid Süleymaninin nurlu məzarına doğru irəliləyən insanların selinə qarşı cinayət əməlinizlə camaatı qorxutmaq istəyirdiniz. Siz gücünüzü müqavimət qüvvələrinə qarşı istifadə edə bilmədiniz, indi günahsız insanlara qarşı istifadə edirsiniz, amma bilin bu cinayətin əvəzini ağır ödəyəcəksiniz".

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu