Rəisi fələstinlilərin qalib gələcəyinə əmindir
İran prezidenti İbrahim Rəisi fələstinlilərin “Əqsaya hücum əməliyyatı nəticəsində” qalib gələcəklərinə əminliyini ifadə edib.
AFN.az-ın xəbərinə görə, Rəisi deyib ki, İran dünyanı “məzlum Fələstin xalqına qarşı zülm və ədalətsizliyin, Qüdsün təhqir olunmasının əbədi davam edə bilməyəcəyinə diqqət yetirməyə çağırır". "İran Fələstin xalqının qanuni müdafiəsini dəstəkləyir. Sionist rejim (İsrail - red.) və onun havadarları region ölkələrinin təhlükəsizliyini təhdid etməkdə məsuliyyət daşıyırlar və onlar buna görə cavab verməlidirlər. Müsəlman hökumətləri İslam ümmətinə qoşulmalı və Fələstin xalqını vicdanla dəstəkləməlidir" - deyə İran prezicenti bildirib.
Rəisi Fələstin, Livan və Suriyadan İraq, Əfqanıstan və Yəmənə qədər bütün regionda müqavimət qüvvələrini alqışlayıb və "Qasım Süleymaninin, İmam Xomeyni və İslam İnqilabının lideri Əli Xameneinin müqavimətə dəstək üçün göstərdiyi səyləri" xatırladıb.