Rəisi "İslami Cihad" hərəkatının baş katibi ilə telefonla danışıb
İran prezidenti İbrahim Rəisi Fələstin "İslami Cihad" hərəkatının baş katibi ilə telefon danışığında Fələstində baş verənləri müzakirə edib.
Bu barədə “Mehr” agentliyi xəbər verib.
İran mediası yazır ki, prezident Rəisi ilə "İslami Cihad"ın baş katibi arasında telefon danışığı davam edən "Əl-Əqsa" tufanı əməliyyatı fonunda baş tutub.