İslami Cihad Livan sərhədində 2 İsrail əsgərini öldürdüklərini açıqlayıb
Fələstin İslami Cihad Hərəkatı ötən gün Livanın İsrail sərhədinə sızma hücumu nəticəsində 2 İsrail əsgərinin öldürüldüyünü, 5 əsgərin isə yaralandığını açıqlayıb.
Livanda Hizbullaha yaxınlığı ilə tanınan "Al Mayadeen" TV-nin internet saytı İslami Cihadın verdiyi açıqlamanı yayıb.
İslami Cihad hücum zamanı iki üzvünün də həyatını itirdiyini açıqlayıb.
İsrail ordusu gecə yaydığı bəyanatda 300-cü briqada komandirinin müavini polkovnik-leytenant Alim Saad Abdullahın Livan sərhədindəki qarşıdurmada öldüyünü açıqlamışdı.