İsrail: "Qarşıdurmada zabitlərimizdən biri həlak olub"
İsrail dünən Livan sərhədindən ölkəyə sızan silahlı şəxslərlə qarşıdurmada bir ordu zabitinin öldüyünü açıqlayıb.
Məsələ ilə bağlı İsrail ordusundan açıqlama verilib.
Açıqlamada, "Qaliley diviziyasının 300-cü briqadasının (İsrail ordusunun Livan sərhəddindəki birliyi) komandir müavini polkovnik-leytenant Alim Saad Abdullah Livan ərazisindən İsrail ərazisinə sızan terrorçularla toqquşmada həlak olub" sözləri qeyd edilib.
Ordunun açıqlamasında, qarşıdurmada həlak olan polkovnik-leytenant Abdullanın ölkənin şimalındakı druzların “Yanuh-Cat” kəndindən olduğu, “Yediot Ahronot” qəzeti isə Abdullanın 40 yaşında olduğunu bildirib.
İsrail ordusu Livan sərhədindən ölkəyə sızmağa cəhd edən bəzi silahlı şübhəlilərin gün ərzində öldürüldüyünü, daha sonra sərhəd bölgəsinə hava hücumu təşkil etdiyini açıqlayıb.