Hizbullah İsrailə qarşı hücumlarla bağlı açıqlama verib


Hizbullah Hərəkatı Livanın cənubundan sərhəddə İsrail ordusunun mövqe və hədəflərinə müxtəlif silahlarla hücum etdiklərini açıqlayıb.



Açıqlamada İsrailin Dovev qəsəbəsində yerləşən Merkava tipli hərbi tankına birbaşa atəş açıldığı, nəticədə İsrail əsgərləri arasında ölən və yaralananların olduğu qeyd edilib.

Bundan əlavə, bəyanatda İsrailin Cəl əl-Aləm və Zibdindəki mövqelərinin artilleriya atəşinə tutulduğu bildirilib.

2023-cü il oktyabrın 8-dən etibarən sərhəd xəttində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 272 Hizbullah üzvü, 54 Livan vətəndaşı, 17 Əməl Hərəkatı, 13 Həmas, 12 İslami Cihad üzvü, 7 İsrail vətəndaşı və 11 əsgəri həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu