Hizbullah İsrailin 4 hərbi məntəqəsinə hücum etdi
Hizbullah Livandan İsrail qüvvələrinə qarşı həyata keçirdiyi hücumla bağlı açıqlama verib.
Açıqlamada Livanın cənubunda İsrail ərazisində yerləşən Şumira, Ramya, Zibdin və Dovev hərbi məntəqələrinə hücum edildiyi bildirilib.
Qeyd edək ki, İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bu yana gedən qarşıdurmalarda 3-ü jurnalist və 3-ü uşaq olmaqla 26 Livanlı mülki şəxs, 126-sı Hizbullah üzvü, 5-i İsrail vətəndaşı və 9-u İsrail əsgəri həlak olub.