Beyləqanda qadın doğuşdan sonra ölüb
Beyləqanda doğuşdan sonra ana ölümü baş verib.
Rayonun Bünyadlı kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədova Məhsəti Yusif qızı Beyləqan rayon Mərkəzi xəstəxanasının Doğum şöbəsinə müraciət edib. Oğlan uşağı dünyaya gətirən ananın doğuşdan sonra vəziyyəti ağırlaşıb. 35 yaşlı qadın həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.