Ekvadorda həyata keçirilən əməliyyatlarda 329 dəstə üzvü saxlanılıb


Cənubi Amerika ölkəsi Ekvadorda dəstə üzvlərinə qarşı keçirilən əməliyyatlarda 329 nəfər saxlanılıb.



Ekvador Silahlı Qüvvələrinin Birgə Komandanlığının rəhbəri Jaime Vela mətbuat konfransında bildirib ki, ölkə daxilində həyata keçirilən əməliyyatlarda 329 dəstə üzvü saxlanılıb, 5 dəstə üzvü öldürülüb.

Əməliyyatlar zamanı 2 polisin həyatını itirdiyini, 1 polisin isə ağır yaralandığını bildirən Vela, iğtişaşların baş verdiyi 5 həbsxanada hələ də 139 mühafizəçinin girov olduğunu açıqlayıb.

Vela dəstə üzvləri tərəfindən zorla saxlanılan 41 asayiş keşikçisinin xilas edildiyini, həbsxanadan qaçan 28 məhbusun isə ələ keçirildiyini bildirib.

Əməliyyatlarında əsas hədəflərinin "Tiguerones", "Los Lobos", "Los Choneros" adlı quldur dəstələri olduğunu bildirən Vela, son 2 gündə 61 silah ələ keçirdiklərini qeyd edib.

Həbsxanadan qaçan "Fito" ləqəbli dəstə lideri Adolfo Macias Salazarı xatırladan Vela, "Onu tutmaq üçün xüsusi birlik qurduq. Ekvador xalqından bizə güvənmələrini və səbirli olmalarını xahiş edirik" ifadələrini işlədib.

Qeyd edək ki, mütəşəkkil cinayətkar təşkilatların üzvləri yanvarın 8-də 5 həbsxanada iğtişaşlar törədib, 139 mühafizəçini girov götürüblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu