Ekvadorda keçirilən əməliyyatlar zamanı saxlanılan dəstə üzvlərinin sayı 1534-ə yüksəlib


Cənubi Amerika ölkəsi Ekvadorda "Silahlı Vətəndaş Münaqişəsi" elan edildikdən sonra saxlanılan dəstə üzvlərinin sayı 1534-ə çatıb.



Hökumətdən verilən açıqlamada son 6 gündə həyata keçirilən əməliyyatlarda saxlanılan dəstə üzvlərinin sayının 1534-ə yüksəldiyi və onlardan 158-nin həbs edildiyi bildirilib.

Açıqlamada əməliyyatların polis-hərbi əməkdaşlığı çərçivəsində aparıldığı, bu müddət ərzində 5 dəstə üzvünün öldürüldüyü, 2 polis əməkdaşının isə həyatını itirdiyi bildirilib.

Əməliyyatlar zamanı girov saxlanılan 11 polisin dəstələrdən xilas edildiyi, 575 silah və 478 əl istehsalı partlayıcının ələ keçirildiyi bildirilib.

Açıqlamada 5,6 tondan çox narkotik maddənin müsadirə edildiyi vurğulanıb və əməliyyatların qətiyyətlə davam etdiriləcəyi paylaşılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu