Şoyqu Rusiyada yüksək dəqiqlikli döyüş sursatlarının istehsalını artırmağı əmr edib


Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsində yüksək dəqiqlikli döyüş sursatlarının istehsalının artırılması və modernləşdirilməsi barədə göstəriş verib.



Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Şoyqu Moskva vilayətində müdafiə sahəsində fəaliyyət göstərən və dövlət sifarişlərini yerinə yetirən “Taktik Raket Silahları” zavodunu ziyarət edib.

Fabrikdə yüksək dəqiqliklə silah istehsal prosesini yoxlayan Şoyquya sözügedən silahla bağlı məlumat verilib.

Biznes menecerləri ilə görüşdə Şoyqu ölkəsində yüksək dəqiqlikli döyüş sursatlarının istehsalının artırılması və onların modernləşdirilməsi barədə göstəriş verib.

Ötən il Rusiya prezidenti Vladimir Putin ölkəsində müdafiə sahəsində dövlət sifarişlərini yerinə yetirməyən müəssisələrə qəyyumların təyin edilməsinə icazə verən fərman imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu