Co Bayden: "Rusiya-Belarus razılaşması son dərəcə mənfidir"


ABŞ prezidenti Co Bayden Rusiya-Belarus arasında taktiki nüvə silahı haqqında razılaşmaya reaksiyasının "son dərəcə mənfi" olduğunu bildirib.


AFN.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Borc limiti ilə bağlı danışıqlara nikbin baxdığını ifadə edən Bayden, danışıqların davam etdiyini və razılaşmanın olub-olmayacağının bu axşam aydın olacağını bildirib.

Xatırladaq ki, mayın 25-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Hrenin Belarusda taktiki nüvə silahının yerləşdirilməsi ilə bağlı sənədləri imzalayıblar.

Hrenin bunun Qərb ölkələrinin "dost olmayan" və "aqressiv" siyasətinə cavab olduğunu vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin mart ayında Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini açıqlamışdı. Putin həmçinin bəyan edib ki, əvvəllər Belarusa təhvil verdikləri “İsgəndər” yüksək dəqiqlikli raket sistemləri yuxarıda qeyd olunan silahla təchiz olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu