Türkiyə ordusunun beş əsgəri şəhid olub


Türkiyə ordusunun beş əsgəri şəhid olub.


Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hücum zamanı 3-ü ağır olmaqla 8 əsgər yaralanıb.

Rəsmi məlumata görə, bu gün "Pence-Kilit” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla başlayan atışmada 5 türkiyəli əsgər şəhid olub.

Yaralılar xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb.

İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu