Bayden: "ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir"


ABŞ prezidenti Co Bayden şənbə günü deyib ki, Birləşmiş Ştatlar adada keçirilən prezident seçkilərində hakim partiyanın namizədinin qələbəsindən sonra Tayvanın müstəqilliyini dəstəkləmir.



Bu barədə Reuters xəbər verib.

Səsvermə məntəqələrinin açılmasına bir neçə saat qalmış Vaşinqton xəbərdarlıq edib ki, heç bir ölkənin seçkiyə müdaxiləsi qəbuledilməzdir.
Birləşmiş Ştatlar ada ilə rəsmi diplomatik əlaqələri olmamasına baxmayaraq, Tayvanın ən mühüm beynəlxalq dəstəkçisi və silah təchizatçısıdır.

Öz növbəsində, ABŞ dövlət katibi Antoni Blinken Lai Çinq-teni qələbəsi münasibətilə təbrik edib və bildirib ki, Birləşmiş Ştatlar boğazlar arası sülhü və sabitliyi qorumağa, fikir ayrılıqlarını məcburiyyət və təzyiqlərdən azad olaraq sülh yolu ilə həll etməyə sadiqdir.

Bayden administrasiyası seçkilərin, keçidin və yeni administrasiyanın Pekinlə münaqişəni gücləndirəcəyindən ehtiyat edir.

Bayden administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə görə, hökumətə dəstək nümayişində Bayden adaya qeyri-rəsmi nümayəndə heyəti göndərməyi planlaşdırır.

Nümayəndə heyətinə çox güman ki, bəzi keçmiş yüksək vəzifəli ABŞ rəsmiləri də daxil olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu