İran və Hindistan Çabahar limanının inkişafı ilə bağlı razılığa gəliblər
İranın yollar və şəhərsalma naziri ilə Hindistanın xarici işlər naziri bazar ertəsi günü Çabahar limanının inkişafı ilə bağlı razılığa gəliblər.
İranın yol naziri Mehrdad Bazrpaş Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar ilə görüşdə ölkənin cənub-şərqindəki Çabahar limanının inkişafı ilə bağlı yekun razılığa gəlib.
İranlı nazir həmçinin ikitərəfli əməkdaşlığı genişləndirmək üçün müştərək dəmir yolu komitəsinin yaradılmasını təklif edib və belə bir aktın tranzit imkanlarının aktivləşməsinə və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizindən istifadəyə səbəb olacağını qeyd edib.